“Dəmir qübbə”də xidmət etmiş İsrail əsgərlərində xərçəng aşkarlandı...

“Dəmir qübbə”də  xidmət etmiş İsrail əsgərlərində xərçəng aşkarlandı...
“Dəmir qübbə” raketdən müdafiə sisteminin yanında xidmət etdikdən sonra bir qrup İsrail əsgərinə xərçəng diaqnozu qoyulub.
 
Moderator.az xəbər verir ki, bu haqda yerli “Yedioth Ahronoth” qəzeti yazıb. 
 
Nəşrin məlumatına görə, əsgərlərə hərbi xidmət sona çatdıqdan və ya bundan bir neçə ay sonra xərçəng diaqnozu qoyulub. 
"Yeni bir tibbi araşdırma İsrail ordusunda xərçəng xəstəliyinin ən çox yayılmasının hava hücumundan müdafiə bölmələrinin hərbi personalı arasında müşahidə olunduğunu göstərdi" –deyə yəhudi nəşri yazır.
 
İsrail ordusunun etdiyi açıqlamada isə tibb işçilərinin hərtərəfli bir araşdırma apardığını və "təsbit edilən xəstəlik növlərinin müayinə olunmuş əhalinin xüsusiyyətləri ilə ortaq olduğu" qənaətinə gəldiyi bildirilib.

Tarix: 2-05-2021, 11:01




Xəbər lenti