Kabinetindən, 5-i Milli Məclisdən, 68-i Respublikanın digər təşkilatlarından, 423-ü isə
vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur.
Rayon icra hakimiyyəti başçısı aparatında 2561 nəfər vətəndaş qəbul olunmuşdur.
Onlardan 979 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1582 nəfəri isə başçının
müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon icra hakimiyyəti başçısının 2024-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər
praktikası davam etdirilmiş, il ərzində 48 yaşayış məntəqəsində icra hakimiyyəti
başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3553 vətəndaş iştirak
etmiş, 157 nəfər vətəndaşın 174 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan
məsələlərin 69-u həll edilmiş, 32-si ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi
müraciətlər ünvanlanmış, 73-nə müvafiq izahatlar verilmişdir.
2024-cü ildə daxil olmuş müraciətlərin 2023-cü illə müqayisəli təhlili zamanı müəyyən
olmuşdur ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından
daxil olan müraciətlər 96 sayda, Milli Məclisdən daxil olan müraciətlər 10 sayda, Nazirlər
Kabinetindən daxil olan müraciətlər 58 sayda, vətəndaşlardan bilavasitə daxil olan
müraciətlər 25 sayda azalmış, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər
isə 1 sayda artmışdır.
Ümumilikdə, 2023-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 188
sayda azalmışdır.
2023-cü illə müqayisədə 2024-cü ildə həll olunmuş və qismən həll olunmuş
müraciətlərin sayı artmışdır. Belə ki, 2023-cü ildə müraciətlərin 14,7 %-i, 2024-cü ildə
isə 28,6 %-i həll olunmuşdur.
2024-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən
müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma,
erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər
çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma,
evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması,
evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə
pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin
müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin
ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd
təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, subartezian
quyularının qazılması, birdəfəlik maddi yardım, sosial yardım və müavinətlərlə bağlı
olmuşdur.
Müzakirə edilən məsələlər barədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Elvin Umudov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev
şıxış edidlər.
Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı
yanında Şuranın 2025-ci il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının
Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin
aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
