Zibillikdən doğan təmizlik



 
Bərdə nə gözəldi, necə qəşəngdi,
Yazı da, qışı da güldü-çiçəkdi.
N.Gəncəvi

Bir vaxtlar Bərdənin hər küçəsi "zibillikləri ilə məşhr idi"Bərdə şəhərinin mərkəzi küçələri gül-çiçəklə bəzənsə də,
arxa küçələr zibilin içində batırdı.  
Küçələrdə zibillik günlərlə təmizlənmirdi. Zibil qutularından aşıb-daşan zibilin üfunət iyi ətrafı bürüyürdü.
İllərlə Bərdə sakinləri bu zülmə qatlanmışlar. Günlərin bir günü Bərdə Mənzil Kommunal Təsərrüfat İdarəsinə Natiq adlı bir nəfəri müdir təyin etdilər. Çox qısa müddətdə Bərdənin bütün dalanlarından, künc-bucağından zibilin yığılmasına başlananda hər kəsdə bir inamsızlıq var idi.
Deməli insan oğlu istərsə qısa müddətdə möcüzə yaradarmış.O vaxtlar çox adamın tanımadığı bu cavan oğlan bir neçə ay ərzində Bərdə şəhərindən 54(əlli dörd) zibillik təmizlətdi. 

Və demək olar ki, Bərdənin bütün küçələrinə zibilyığan maşınlar girir, az qala həyətlərdən zibili götürürlər.
Bu sətirlərin müəllifinin heç kimə heç bir "borcu yoxdur". Ancaq bu zibillik illərlə mənim yaralı yerim olduğu üçün çoxdan kiçik bir yazı yazmağı düşünürdüm. Amma insanlarımızın xasiyyətindən az-çox xəbərim olduğu üçün, bu yazıya hərənin öz qanacağına uyğun don geyindirəcəyini bildiyim üçün tərəddüd edirdim. Bu günlərdə eşitdim ki, Natiq müəllim onurğasından çox ağır əməliyyat keçirib.Və işə qayıdacağına inam azdır.

Natiq müəllimə Allahdan şəfa diləməklə bərabər istədim ki, bu KİŞİNİN Bərdə üçün etdiklərindən bir neçə kəlmə yazım. İnşallah sağalaraq işinə qayıdar.
Bərdəlilər təmiz şəhərdə yaşamağa layiqdirlər.

ŞAHİN,
Neqativ.com.





Tarix: 21-03-2021, 23:01




Xəbər lenti