Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylıRegionalEkologiyavəTəbiiSərvətlərİdarəsinin,İƏDüzrə nümayəndəliklərin, Tərtər Elektrik şəbəkəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 400 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Aksiyanınkeçirilməsindəməqsədekolojivəziyyətinsağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davametdirmək,ağacəkilməsinivəyaşıllıqlarınçoxaldılmasınıtəşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindənBərdə-Ağdammagistralavtomobilyolununkənarlarına ümumilikdə11000ədədmüxtəlivnövağaclarınəkilməsinəzərdə tutulmuşdur.