"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Poladlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolununPoladlıkəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib. Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər. Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb,200 ədəd eldar şamıəkilib,yeniəkilənağaclarsuvarılıbvəaqrotexnikiqaydadaqulluq göstərilib. Aksiyanınkeçirilməsindəməqsədekolojivəziyyətinsağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir. Qeydedəkki,18-27oktyabrtarixlərindəTərtərRayonİcraHakimiyyəti tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə 11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.