İradə Gülməmmədovanın həbsi an məsələsidir- “Şayba” daralır cənab xanım başçı...



İradə Gülməmmədovanın həbsi an məsələsidir-
Yolçu necə “oliqarx” oldu ?

“Baş yeyən” ləqəbli həkim-icra başçısı İradə Gülməmmədova...


Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova haqqında çox şeylər yazmaq olar, yəni bu xanım “başdan ayağa” materialdır, mövzudur. Bunun əməllərini yazmağa nə rəng çatar, nə kağız.
Sadəcə, ucqar bir əyalət xəstəxanasında adi pediatr işləyən kasıb İradə Gülməmmədova yatsa yuxusuna da girməzdi ki, nə vaxtsa Abşeron kimi zəngin bir rayonun icra başçısı olacaq.
Zəlzələdən, ya vəlvələdən nəhayət 2015-ci ildə İradə Gülməmmədova Abşeron rayon icra hakimiyyətinin başçısı oldu.
Qısa vaxtda İradə Gülməmmədova Abşeron rayonunda elə bir rüşvət və korrupsiya şəbəkəsi qurdu ki, qohum-əqrəbası “bərəkallah” dedi.
Bəli, İradə Gülməmmədova qardaşını, bacısı oğlunu, qohum-əqrəbasını Abşeronun kəndlərinə “komandirovat” elədi. Kim ev tikirsə, kim daşı daş üstə qoyursa, kim “zabor” çəkirsə, hətta kim sanuzel tikirsə, mütləq İradə xanımın pulunu göndərməlidir. Bəli, insan nə qədər tamahkar olar ki, “zaxod” tikməkdən də pul qazana. Az vaxtda Abşeronun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan qəsəbələrinə, Məmmədli, Fatmayi, Görədil kəndlərinə səs yayıldı ki, rayona bir zənən xeylağı başçı gəlib, kimi tutdu, cibini kəsir.
Qısa vaxtda qardaşı Rövşən Quliyev, bacısı oğlu Babək Zalov başda olmaqla böyük bir briqada kəndlərdən, qəsəbələrdən xərac toplamağa başladılar. İradə Gülməmmədovanın əri Yolçu Gülməmədov isə gecə səhərəcən pulları dəstələyib saymaqla məşğul idi. Az vaxtda Yolçu müəllim milyonçuya çevrildi.
Buyurun Yolçunun əmlakının az bir hissəsinə nəzər salın.
1. “Vimay” Tibb Mərkəzi
2. “Vimay- Med” klinikası
3. “Af - Gen” klinikası
4. Repose Travel turizm şirkəti
5. Apteklər şəbəkəsi
6. Rusiyada şirkətləri
Bu Yolçunun müklərinin az hissəsidir.
Görəsən, bu kasıb ailə qısa vaxtda necə milyonçuya çevrildi.
Əlbəttə, rüşvətin və korrupsiyanın hesabına.
İndi həmin korrupsiya şəbəkəsi bir neçə aydır ki, hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar.
Təsəvvür edirsiniz icra hakimiyyətinin baş memarı qanunsuz tikililərə, alınan rüşvətə görə həbs olunur, İradə Gülməmmədovaya gözün üstə qaşın var deyən olmur. Axı, baş memar kimdir ki, icra başçısının icazəsi olmadan torpaq satsın, tikintiyə icazə versin, rüşvət alsın.
Başçının icazəsi olmadan icra hakimiyyətinin heç bir əməkdaşı addım ata ilməz. Hətta əri Yolçu müəllim də İradəninn icazəsi olmasa gecələr pul saya bilməz.
Bütün bu işlərin başında İradə Gülməmmədova özü durur.
Artıq Abşeron icra hakimiyyətindəki həbslərin istintaqı yekunlaşıb. Buyurun bu da İradə Gülməmmədovanın rüşvət və korrupsiya “ŞAYKA”sının siyahısı:
1. Əliyev Akif Ələs oğlu,
2. Əhmədov Murad Fərhad oğlu,
3. Əkbərov Cəfər Razim oğlu,
4. İsmayılzadə Seymur Yadulla oğlu,
5. Xəlilov Şamil Rasim oğlu,
6. Süleymanov Emin Sahib oğlu,
7. Əliyev Novruz Azər oğlu,
8. Zaliyev Babək Hacı oğlu,
9. Ağaməmmədov Tural İrzəbəy oğlu.
Yəqin ki, yaxın zamanda bu şəxslər törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzanı alacaqlar.
Bəs İradə Gülməmmədova ?
Cənab İradə Gülməmmdova !
Hamının Başını yeyirsən ki, öz başını qoruyasan. Bu mümkün olan məsələ deyil.
Bu boyda cinayətkar dəstəyə rəhbərlik edəsən və məsuliyyətdənn kənar qalasan ? Bu mümkün deyil.
Sənin həbsin də an məsələsidir. Balakəndən işlədiyin poliklinikadan gətirdiyin taxta çamadanını yığışdır, cənab başçı.
P.S. Bu isə şərəfli müstəntiqlərimizin korrupsiyaya qarşı mübarizə yolunda ortaya qoyduğu dəlil və sübutlar. Buyurun tanış olun.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Məhərrəmov Tural Əbülfət oğlu, icraatımda ibtidai istintaqı aparılmış Əliyev Akif Ələs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3, Əhmədov Murad Fərhad oğlunun Azərbaycan Respublikası CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.2 və 32.4,312.2, Əkbərov Cəfər Razim oğlunun CM-in 178.2.1, 178.2.2, 178.2.3, 32.5,311.3.2 və 32.4,312.2, İsmayılzadə Seymur Yadulla oğlunun CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2, Xəlilov Şamil Rasim oğlunun CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2, Süleymanov Emin Sahib oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4, 312.2, Əliyev Novruz Arzu oğlunun CM-in 32.5,311.3.3, Zalıyev Babək Hacı oğlunun CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2, Ağaməmmədov Tural İrzəbəg oğlunun CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə daircinayət işinin materiallarını nəzərdən keçirib həmin iş üzrə toplanmış sübutları kifayət hesab edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-288-ci maddələrində nəzərdə tutulan tələbləri yerinə yetirdikdən sonra həmin Məcəllənin 289-cu maddəsinə əsasən hazırkı ittiham aktını 30 yanvar 2021-ci il tarixdə, saat 10:00-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 10A ünvanında yerləşən inzibati binasındakı xidməti otağımda tərtib etməyə başladım. Həmin cinayət işi 20 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə başlanmış və həmin tarixdə icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər sakini Bəylərov Orxan Qənimət oğlunun 15.05.2020-ci il tarixli müraciəti üzrə aparılan ilkin araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Mənzil kommunal təsərrüfat birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil təsərrüfat istehsalat istismar təmir sahəsinin rəisi vəzifəsində işləyən Əhmədov Murad Fərhad oğlunun əməllərində qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməyə cəhd və rüşvət verməyə təhrik etmə cinayətlərinin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin toplanması olmuşdur.
Ardı var...
/gundelik-baku.com/
Tarix: 2-05-2021, 11:03




Xəbər lenti