“İndi görün bunlar nə qədər dayaz düşüncəli adamlardılar ki, bizə bu cür təklif edirlər...”

“İndi görün bunlar nə qədər dayaz düşüncəli adamlardılar ki, bizə bu cür təklif edirlər...”
“İndiki vəziyyətdə onun oğlunun reallıqla götürəndə elə bir dəyəri yoxdur. Paşinyan özü də bilir ki, bu boş şeydi”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. S.Səxavət bu da ermənilərin növbəti yalanlarından biri olduğunu bildirib:
 
“Bu da Paşinyanın növbəti oyunudur. İndiki vəziyyətdə onun oğlunun reallıqla götürəndə elə bir dəyəri yoxdur. Paşinyan özü də bilir ki, bu boş şeydi. Vaxtilə Stalinqrad ətrafında general Paulusu əsir götürəndə Stalinin də oğlu qarşı tərəfə əsir düşür. Onda təklif edirlər ki, gəlin generalla oğlunu dəyişək. Onda Stalin demişdi ki, “mən generalla əsgəri dəyişə bilmərəm”. Yəni bu alver predmeti deyil. Paşinyan indi seçkiqabağı xal qazanmaq istəyir. İndi görün bunlar nə qədər dayaz düşüncəli adamlardılar ki, bizə bu cür təklif edirlər. Bu da növbəti erməni yalanlarından biridir. Vaxtilə Paşinyan oğlunun Qarabağda xidmət etməsini reklam edirdi. Amma müharibə başlayanda oğlunu aradan qaçırdı. İndi isə onun belə bir təkliflə çıxış etməsi cəfəngiyyatdı”.
 
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı Azərbaycanda əsirlikdə olan erməni diversantlarla dəyişməyə hazır olduğunu bildirib. 

Tarix: 9-06-2021, 22:09




Xəbər lenti