Gəncə Şəhər Beynəlxalq Xəstəxanasında nişanlı qız əməliyyat zamanı vəfat etdi
Əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib. 
XALQ.AZ xəbər verir ki, bu barədə Gecce.az məlumat yayıb.
Qeyd edək ki, o, fevralın 10-da əlində yaranmış şişləri götürmək üçün xəstəxanaya müraciət edib, müayinələrdən keçdikdən sonra əməliyyat edilmək üçün narkoz verilib. Nəticədə anafilaktik şok keçirib və koma vəziyyətinə düşüb.

Koma vəziyyətinə düşən Türkan Balakişizadə fevralın 23-də vəfat edib.
Gənc xanım narkozdan sonra allergik şok keçirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayırdı. Azərbaycan Beynalxalq Bankının (ABB) işçisi di.
Tarix: 25-02-2025, 21:57