Şok-Olay Gündəm oldu : Mingəçevir Şəhər Uşaq İncəsənət məktəbinin kollektivi Şəkidə hoqqa verdi
Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin pedaqoji kollektivi Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində yerləşən “Zipline “istirahət mərkəzinə səfər ediblər.Əvvəldən adi istirahət və kollektiv gəzinti kimi təqdim olunan bu səfər sonradan bir qalmaqala çevrilib. Məktəbin müəllimlərindən Xəyal İsmayılov və Mustafa Mustafayevin spirtli içki qəbul etməsi günün gedişatını kökündən dəyişib.İçkinin təsiri altında olan bu şəxslər öz davranışları ilə həm xanım müəllimlərlə mübahisəyə səbəb olublar,həm də ümumi,əxlaqi və etik çərçivələri pozublar. Ən təhlükəli məqam isə, içkili vəziyyətdə olan Xəyal İsmayılovun atraksiona minib onu qəsdən yelləməsi nəticəsində digər qadın müəllimlərin həyatı real təhlükə altına düşüb.Hadisə iştirakçılarının sözlərinə görə, həmin anda istirahət mərkəzində az qala faciə yaşanacaqdı. Müəllimlər arasında yaranan insident o qədər gərgin olub ki,tərəflər Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməyə çalışıblar.Lakin dağlıq ərazidə mobil şəbəkə olmadığı üçün bu mümkün olmayıb.Nəticədə iştirakçılar istirahət mərkəzinin mühafizə xidmətinə müraciət etmək məcburiyyətində qalıblar. Bu mənzərəyə nə ad vermək olar? Məktəbdə şagirdlərə mədəniyyət,sənət və əxlaq dərsi keçən müəllimlərin özlərini cəmiyyət içində bu cür aparması təkcə rüsvayçılıq deyil, həm də peşə adına ləkədir.”Müəllim” adına yaraşmayan bu davranışlar, xüsusilə də incəsənət və mədəniyyət sahəsində çalışan şəxslər üçün daha böyük məsuliyyət doğurur.Cəmiyyətə örnək olmaq əvəzinə, öz şəxsi məsuliyyətsizlikləri ilə həm məktəbin, həm də ümumi təhsil sisteminin adına kölgə salmaq-heç bir formada bağislanasi deyil. Qaldı rəhbərlik…Sual olunur:bu səfər təşkil olunarkən məsuliyyət kimdə idi?Muəllimlərin davranışına görə tədbir görüləcəkmi?Yoxsa yenə də” öz aralarında həll etdilər” deyib məsələni ört-basdır edəcəklər? Bu hadisə bir daha göstərdi ki, bəzi müəllimlərə təkcə dərs keçmək yox, həm də cəmiyyət içində necə davranmaq öyrədilməlidir. Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıqElcin Ismayilli