Oğul anasını döyərək öldürdü — Gədəbəydə
Gədəbəy rayonunda qətl hadisəsi baş verib.
Ölkə.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ərtəpə kəndində oğul anasını döyərək qətlə yetirib.
Yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma aparılır.
Tarix: 3-01-2017, 16:14