Bakıda daha bir iş adamına kələk gəldilər
Nərimanov rayonunda külli miqdarda dələduzluq faktı qeydə alınıb.
“Report”un xəbərinə görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Ramiz Mansurov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-cı ilin yanvar ayından iyun ayınadək Şəmistan, Sərxan, Çingiz, Ədalət, Vidadi, Gündüz, Ceyhun və Hafiz adlı şəxslər onun etibarından sui-istifadə edərək 474 min manat və 540 min ABŞ dolları dəyərində tikinti materialları alıb indiyədək pulunu odəməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 3-01-2017, 20:09