Cəlilabadda 18 yaşlı oğlan qətlə yetirilib
Cəlilabadda qətl törədilib.APA-nın məlumatına görə, Azərbaycan prospekti 17 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən iki bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək olmayıb.
Hadisəni törədən şəxs saxlanılsa da, onun kimliyi və hadisənin başvermə səbəbləri hələlik açıqlanmır.
Faktla bağlı Cəlilabad rayon Prokrorluğunda araşdırma aparılır.
Tarix: 11-01-2017, 10:36