“İskəndər” raketinin düşdüyü yerdən VİDEO


“İskəndər” raketinin düşdüyü yerdənVİDEO


REAL TV Şuşada “İskəndər” raketinin düşdüyü ərazidə olub.
Unikal.org xəbər verir ki, ANAMA nümayəndəsi Qadir Namazəliyevlə bildirib ki,  ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:
“Bu təmizlənmə əməliyyatları ilk öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də  hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir.  Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik.  Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün  keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkarladıq. Quyruq hissəsində qeydlər və yazılar var idi. Həmin yazılarda da 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu “İskəndər” raketidir.  Beləliklə, bu raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.
Daha sonra ANAMA nümayəndəsiylə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara, həmçinin partlayış baş verən əraziyə də baş çəkilib. Q. Namazəliyev bildirib ki, “İskəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan sonra 1 dəqiqə sonra ikincisi start götürür: “ Biz də Şuşa şəhərində iki gövdə tapmışıq.  İkinci quyruq və ikinci krater  hələ aşkarlanmayıb.  Ancaq axtarışlarımız davam edir”.

Tarix: 1-04-2021, 23:29




Xəbər lenti