Məşhur mafiya liderinə qarşı əməliyyat – gizli sənədlər və külli miqdarda silah-sursat ələ keçirildi FOTO VİDEO




İstanbulda türkiyəli mafiya lideri olan Sedat Pekerə qarşı əməliyyat keçirilib.

İstanbulda yerləşən 5 vilayətdə Sedat Peker və adamlarına qarşı keçirilən əməliyyatda 52 şübhəli şəxs saxlanılıb.
Əməliyyat keçirilən evlərdə isə külli miqdarda silah-sursat aşkar edilib. Bu evlərdə 16 tapança, 9 tapança darağı, 3 ov tüfəngi, 54 deşici və kəsici alət, 2 qoruyucu jilet, 1270 patron, 8 snayper nişangahı, çoxsaylı çek və gizli sənədlər ələ keçirilib.
Sözügüdən ünvanlardakı əməliyyat polis tərəfindən lentə də alınıb.

İstanbul polisi də hadisə ilə bağlı məlumat yayıb.



Barələrində həbs qətimkan tədbiri seçilən 63 nəfərin daxil olduğu qruplaşmanın liderinin Sedat Peker olduğu bildirilib.
Qruplaşmanın lideri Sedat Pekerin hazırda ölkə xaricində olduğu deyilir.
Attachment

İstanbul Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları Sedat Peker və adamlarının 2018-2019-cu illər arasında soyğunçuluq, qəsdən sağlamlığa xəzarət yetirmə, adam öldürmə, təhdidlər və rüşvət kimi cinayətlər daxil olmaqla 24 fərqli cinayətlərdə iştirak etdiklərini müəyyənləşdiriblər.
Əməliyyatlar dünən (9 aprel) səhər saat 06:00-da İstanbul, Ankara və Kocaeli, Trabzon və Hatayda olmaqla toplam 121 ünvanda keçirilib.
Musavat.com







Tarix: 11-04-2021, 16:07




Xəbər lenti