Kamran Əliyev: "Tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir"




"Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir".
 
Pravda.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bununla bağlı ictimaiyyətə ətraflı məlumat verilib: "İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəziləri yerinə yetirəcək".
Tarix: 10-05-2021, 12:36




Xəbər lenti