Güləşçimizdən erməni üzərində parlaq qələbə - Foto
Azərbaycanın yunan-Roma güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.Teleqraf.com xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Gevorq Sukiasyanla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan güləşçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Tarix: 5-06-2019, 00:03