
CAHAN.İNFO xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O qeyd edib ki, əslində, bu gün insanların, vətəndaşların özlərinin aylarla zəhmət çəkib becərdiyi, yetişdirdiyi meyvə məhsulları tökülüb yerdə qalıb:
“İnsanlar min bir əziyyətlə yetişdirdikləri meyvə məhsullarını sata bilmirlər, o ki qaldı gedib meşədən meyvə yığıb, onları satmağı düşünsünlər.
Bu gün insanların özlərinin yetişdirdikləri məhsullar yerdə tökülübqalıb, çürüyüb gedir, yaxın duran da yoxdur. Belə olan halda, kim gedib meşədən meyvə yığacaq və onu satmağı, başqa cür istifadə etməyi düşünəcək?
Vallah, bəzən elə məsələlər, elə qərarlar olur ki, bilmirsən onu haradan tapıb “icad edirlər”. Bilmirsən ki, bu, kimin, kimlərin ağlına gəlib.
Ona görə də cənab prezidentin addımını, insanların narahatlığna vaxtında reaksiyasını çox müsbət sayıram və onun son addımını alqışlayıram”.