İcra Hakimiyyəti 2 ay əvvəl yaranan və 2 manat kapitalı olan şirkətə 198 min manat ayırdı - MÜƏMMA



Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.


Pravda.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “El Sev LGN” MMC (VÖEN: 1805220461) olub.


Binəqədi rayon MKTB təsərrüfat malları üçün “El Sev LGN” MMC-yə 198 min manat ödəyəcək.


Məlumat üçün qeyd edək ki, 198 min manatlıq tenderin qalibi olan “El Sev LGN” MMC müsabiqə elanından (Dövlət Satınalmaları Portalında yerləşdirilməyib) cəmi 2 ay əvvəl – 12.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Sabunçu rayonu, Yeni Romana qəsəbəsi, 9-cu mədən, ev. 57”-də yerləşir. “El Sev LGN” MMC -nin qanuni təmsilçisi Cavadov Elvin Zahid oğludur.


Eyni gündə eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qanuni təmsilçisi Cavadov Elvin Zahid oğlu olan daha bir 2 şirkət - “S.LL.Gens” MMC də dövlət qeydiyyatına alınıb.


Maraqlı məqamlardan biri də odur ki, son zamanlar “El Sev LGN” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir-neçə şirkət qeydiyyata alınıb. Bu şirkətlərdən birinin adı "COVID 2020" olub.

 
AdıVÖEN-iÜnvanıQanuni təmsilçisiNizamnamı kapitalıQeydiyyat tarixi
"COVID 2020"18051299919-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
MƏMMƏDOV COŞQUN MAYIL2 manat4.12.2020
"RST MOBILE"1805134361
 
9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
MİRZƏYEV SAKİT
ƏYYUB
2 manat8.12.2020
"AZƏRBAYJAN PETROLEUM COMPANY"1805141821
 
9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ZEYNALOV MEHMAN MÜRSƏL2 manat14.12.2020
"BAKU STEEL HOLDINQ"1805141541
 
9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ZEYNALOV MEHMAN MÜRSƏL2 manat14.12.2020
"ALFON MN"18051433819-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
SALMANOV ELVİN SÜLEYMAN2 manat14.12.2020
"MARAKA SN"1805176281
 
9-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
ƏLİYEV SAMİR ELÇİN2 manat11.01.2021
"EL SEV LGN"18052204619-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
CAVADOV ELVİN ZAHİD2 manat12.02.2021
"S.LL.GENS"18052203319-CU MƏDƏN (RAMANA
QƏS.) ev.57
CAVADOV ELVİN ZAHİD2 manat12.02.2021
 
Yeniavaz.com 
Tarix: 9-06-2021, 22:01




Xəbər lenti