"Hesablama Palatası nədən öz rəyində bu cür vacub məqamın üzərindən sükutla keçib?"




Hesablama Palatasının büdcə rəyi, cavabsız suallar -1
 
Palata rəyində yazır ki, 2020-ci ildə dövlət büdcəsinin sərbəst qalığından 201,9 mln. manat vergi orqanlarına və yerli icra hakmiyyəti qurumlarına ayrılıb.
 
Rəydə bu ayırma üçün 2 hüquqi əsas göstərilib:
 
1) Vergi Məcəlləsinin 22-1.ci maddəsinə əsasən vergi orqanlarına verilib (bu maddə vergi orqanlarının maliyyə sanksiyalarına görə daxilolmalardan özlərinə götürdüyü payla bağlıdır)
 
2) Yerli icra hakmiyyətlərinə köçürmə edilib - prezidentin 3 iyun 2019-cu ildə təsdiqlədiyi müvafiq qaydalara əsasən rayon və şəhərlərdə proqnozdan artıq toplanan büdcə daxilolmalarının 50%-nin yerli icra başçılarının büdcədənkənar fəaliyyətlərilə bağlı.
 
"Büdcə sistemi haqqında" Qanunun 19.5-ci maddəsi isə sərbəst qalığın istifadəsi iqtiqamətlərini və təyinatını çox dəqiq göstərib. Bu iqtiqamətlərə daxildir:  
 
1. Büdcə kəsirinin maliyyələşdirilməsinə;
2. Müdafiə olunan xərc maddələrinin (əmək haqqı, pensiya, dövlət borcu) maliyyələşdirilməsinə - Qanunda bu həcm üçün limit göstərilib;
 
3.  Dövlət borcunun Təminat Fonduna - Qanunda bu həcm üçün limit göstərilib;
 
4. Bu istiqmətlər üzrə xərcləmələrdən sonra yerdə qalan vəsait idarəetməyə verilir və Dövlət Neft Fonduna köçürülür.
 
İndi yuxarıda qeyd olunan 201.9 mln. manat Qanunun qeyd olunan müddəalarından hansı birinə uyğun gəlir?
 
Hesablama Palatası nədən öz rəyində bu cür vacib məqamın üzərindən sükutla keçib?
 
Rövşən Ağayev
 
Ekspert
Tarix: 10-06-2021, 08:52




Xəbər lenti