G7 ölkələrindən Rusiyaya qarşı ortaq açıqlama: “Krımın ilhaqını tanımırıq, tanımayacağıq da!”



 
 
G7 ölkələri Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq cəhdlərini tanımayacaqlarını açıqlayıblar.
 
Ovqat.com-un məlumatına görə, İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ xarici işlər nazirləri və Avropa Birliyinin (AB) Ali komissarı Rusiyanın Krım və Sevastopolun ilhaqının 7-ci ildönümü ilə əlaqədar ortaq bir açıqlama verib.
 
Birgə açıqlamada deyilir: 
 
“Rusiyanın Krım Muxtar Respublikasını və Sevastopolu ilhaq etməsini pisləyirik. Rusiyanın ilhaqı qanuniləşdirmək cəhdlərini tanımır və  tanımayacağıq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi və öhdəliyimizi bir daha təsdiqləyirik”.
 
Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək beynəlxalq hüququ açıq şəkildə pozduğunu vurğulayan açıqlamada “Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi sülhə aparan yoldur. Rusiya vasitəçi deyil, Şərqi Ukraynadakı münaqişənin tərəfidir”.
Tarix: 18-03-2021, 22:44




Xəbər lenti