Ağıllı, yoxsa təhlükəli addım: Utanmadan oğurlayın, cənablar!


Ağıllı, yoxsa təhlükəli addım: Utanmadan oğurlayın, cənablar!
Azərbaycanda dapital və əmlak amnistiyasına ehtiyac varmı?
 
Azərbaycanda kapital və əmlak amnistiyasının tətbiqetmə imkanları araşdırılır. Bu barədə Nazirlər Kabinetinin son bir ildəki fəaliyyətinin nəticələrinə dair hesabatda deyilir.
 
Sözügedən sənəddə kapital əfvinin “maliyyələşdirmə və investisiya mənbələrinin genişləndirilməsi” üçün lazım olduğu və tətbiqi üçün kapital və əmlak amnistiyası ilə əlaqəli digər ölkələrin təcrübəsinin öyrənildiyi bildirilir. “Üzv olduğumuz Avropa Şurasının MONEYVAL Komitəsinin Katibliyinə Azərbaycanda kapital amnistiyasının tətbiq edilməsi prosedurlarının başlanması barədə məlumat verildi və hazırda bununla bağlı hazırlanan layihələr üzərində iş gedir”, - hesabatda deyilir.
 
Bəzi yerli analitiklər hökumətin kapital və əmlak amnistiyası təşəbbüsünü dəstəkləyir və hər şeyin hökumətin hansı əfv modelini seçməsindən asılı olduğunu qeyd edirlər. Digərləri isə bunu cəfəngiyyatın zirvəsi hesab edərək, bu təşəbbüsün qəti şəkildə əleyhinədirlər.
UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Məmmədov Elşad Yaqub oğlu
İqtisad elmləri doktoru, UNEC professoru Elşad Məmmədovun AYNA-ya dediyinə görə, milli iqtisadiyyatın investisiyalara artan ehtiyacı fonunda kapitalın və daşınmaz əmlakın əfvi maliyyə mənbəyi hesab edilə bilər: “Belə bir proses, müsbət mahiyyətinə baxmayaraq, kifayət qədər mürəkkəb olan bu prosesin effektivliyinə nail olmaq üçün qanun çərçivəsində davamlı iqtisadi artımın hədəflərinə uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda prosedur kapitalın sahiblərinin bu mənbələrin daxili iqtisadiyyata yönəldiləcəyinə və Azərbaycan daxilində müvafiq sosial və investisiya layihələri formatında həyata keçirilməsinə dair məcburi zəmanətlərini nəzərdə tutmalıdır”.
 
“Buna görə inanıram ki, proses fraqmental deyil, sistemli olmalıdır. Eyni zamanda, daxili iqtisadiyyatın deofşorizasiyası, kölgə iqtisadiyyatına qarşı, ölkədən kapital çıxarışına qarşı mübarizə prosesi də kompleks xarakter daşımalıdır. Ümumiyyətlə, qanunsuz kapital və kapital çıxarışı ilə mübarizə prosesi birləşdirilməlidir. Düşünürəm ki, milli şirkət konsepsiyasını qanunvericilik formatında təqdim etmək məsləhətdir, çünki milli iqtisadiyyatda strateji layihələrin həyata keçirilməsində müstəsna hüququ milli şirkətlər almalıdır”, - deyə ekspert bildirib.
 
Məmmədovun fikrincə, bu, son dərəcə vacib olan kapital axını və ona qarşı mübarizənin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək: “Çünki bu gün milli iqtisadiyyat müvafiq investisiyalara və sosial mənbələrə çox ehtiyac duyur”.
 
Lakin sabiq maliyyə naziri, professor Fikrət Yusifov bunu kökündən səhv və qəbuledilməz yanaşma hesab edir. “Axı, nədən danışırıq? İndi bizə məmurlar tərəfindən oğurlanan kapitalın bir şəkildə leqallaşdırılması təklif olunur. Ancaq buna icazə verilməməlidir”, - deyə o, AYNA-ya şərhində vurğulayıb.
Fikrət Yusifov: “Bu gün dövlət-sahibkar birliyi daha vacibdir” | Report.az
“Əks təqdirdə gələcək nəsillərə hansı nümunə göstəririk? Ölkəmizdə vəzifə tutan və tutacaq məmurlara hansı davranış modelini təklif edirik? Axı, bu şəkildə onlara sözün əsl mənasında “utanmadan, çəkinmədən oğurlayın, cənablar!” demiş oluruq. Bir müddət sonra kapitalınız leqallaşdırılacaq deyirik”, - deyə professor əlavə edib.
 
Yusifov hesab edir ki, Sovet dövründə qanunsuz olaraq əldə edilmiş vəsaitlər leqallaşdırıla bilər: “Sovet dövründə o zamankı qanunları pozaraq, oğurluq edənlərin sərmayələrini əfv edə bilərik. Ölkəmiz müstəqillik qazandıqdan bəri qanunsuz olaraq əldə edilmiş pul və əmlak əfvinə gəlincə, bu, ağılsızlıqdır. Buna heç vaxt icazə verilməməlidir. Və məsələnin belə formalaşdırılması çox səhvdir”.
 
“Ən azı ona görə ki, bu, hazırkı və gələcək məmurlar üçün çox pis bir nümunə ola bilər. Axı, buna indi getmək, əslində oğurlamağa imkan verməyimiz deməkdir, çünki gələcəkdə əfv edəcəyik. Oğurlanmış kapitala amnistiya verilməsi səhvdir. Əks təqdirdə, cəmiyyət üçün çox pis bir nümunə göstəririk”, - deyə müsahibimiz fikrini yekunlaşdırb.
 
Bir az əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov özəl və bank sektoru nümayəndələrinin kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində mühüm bir vasitə - kapital və əmlak amnistiyası məsələsinə baxılması üçün müraciət etdiklərini söylədi: “Biz neft və qaz gəlirlərinin əvəz edilməsinə yönəlik bir siyasət yürütmək niyyətindəyik. Kölgə iqtisadiyyatı mövzusu xüsusilə sahibkarlar təşkilatları ilə də müzakirə edildi. Sərmayə və əmlak üçün əfv təkliflərini diqqətinizə ümumi bir paketdə təqdim edəcəyik (biznes və vətəndaşlara dəstək – red.)”.
Tarix: 21-03-2021, 15:55




Xəbər lenti