
Gördüyümüz iki şəkildə eyni qadındır. Diqqətlə baxaq və bilək ki, bu qadın çox da uzaq zaman keçmədən Rusiya hakimiyyəti zirvəsində öncül (Putindən sonra 2-ci) yeri və hətta, daha sonra, Putinin yerinə keçib, dövlət başçısı yerini tutsa təəccüblənməyək. Kimdir, bu xanım? Adı Anna, Soyadı Sivilyevadır (ərinin soyadı ilə). Öz soyadı isə Putinadır... Vladimir Putinin əmisi nəvəsidir.
Anna Sivilyeva hazırda (Putinin sərəncamı ilə) Rusiya Müdafiə Nazirinin müavini vəzifəsində əyləşib, özü də ona dövlət katibi statusu verilib. Bu da ona müdafiə nazirinin üstündən birbaşa Kremlə çıxıb sözünü demək rəsmi imkanı verir. Yəni ki, faktiki və rəsmi Putindir, oturub MN-də.
Kim olub Anna və haradan qalxıb, bu yüksəyə? 1972-ci ildə İvanovо (Rusiya) şəhərində cərrah ailəsində doğulub. Atası, Yevgeniy Mixayloviç Putin (V. Putinin əmisioğlu) həkim-uroloq olub.
Anna, İvanovo Tibb İnstitutunu bitirib. 1996-cı ildən kənddə (İvanovo vilayəti.) həkim-psixiatr işləyib. Birinci əri, həkim-psixiatr, Lev Loginov olub. Putin hakimiyyətə gələn kimi, (2000-ci il) Moskvaya köçür, bütün ölkə və Moskvanı tibbi avadanlıqla təmin kimi varlı sahəyə rəhbər olur. Və paralel daha 2 dövlət universitetini də bitirir.
2016-2018-ci illərdə «Kolmar Sales Logistics» məşhur İsveçrə şirkətinin şəriki, sonradan isə 2-ci əri, Kemerovo vilayəti qubernatoru Sergey Sivilyevin böyük Kuzbass kömür kampaniyası aksiyalarının sahibi olur. Kuzbassda humanst fəaliyyətli işlərlə, sosial yardımla məşğul olur.
2019-cu il, Rusiya Hökumətinin qəyyumluq və sosial sahə üzrə üzvü, 2023-cü ildə V. Putinin əmri ilə Ukrayna müharibəsinin iştirakçılarına yardım Fondunun sədri təyin edilir A. Sivilyeva.
Annanın sonrakı irəliləyişi lap sürətlənir. Bu il 2024 iyul, Putin onu Rusiya Müdafiə Nazirinin hərbiçiləri sosial mənzil təminat üzrə müavini, avqustda isə, MN-nin Rusiyanın Dövlət Katibi xüsusi statuslu səlahiyyətli müavini təyin edir. Əri Sergey Sivilyevi isə, ölkə Energetika naziri.
İki gün öncə isə (04. 12. 24) Dövlət Dumasında iclasdakı çıxışında A. Sivilyeva ilk səhvi buraxır. Canlı yayım vaxtı, Ukrayna müharibəsində itkin düşənlərin qohumlarının DNK testi üçün 48000 müraciəti olduğunu açdı, dedi. Və dərhal da DD Müdafiə Komitəsinin sədri ondan, açıqca xahiş etdi ki, belə sirrləri yaymasın. Yəni ki, Rusiyanın savaşda itkin düşənlərinin müraciət edənlərinin sayı 48 mindir. Görün, müraciət edilməyənlərlə birlikdə nə qədərdir indi, 100 min? Onda ölənlər, yaralananlar nə qədərdi, bu havayı müharibədə, milyondan çox? Lazım idi, bu savaş Rusiyaya?!
Nə isə, olur də... Hər adam, ya hər qadın yüksək vəzifəyə gətiriləndə danışığına hakim ola bilmir. Amma ola da bilsin, Anna xanımın hakimiyyətə gəlişilə Rusiya mülayimləşər, gərginliklər azalar.
Müəllif: Ilqar Altay
azsiam.info
Tarix: 6-12-2024, 11:37