Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, sovet liderinin daha çox həvəs göstərdiyi, hətta həyatının ayrılmaz bir hissəsi kimi qəbul etdiyi “ov xəstəliyi” idi.
- Nikah müqaviləsi nədir? - Azərbaycanda cəmi iki cütlük bağlayıb
- Günün şayiəsi: 15 ildən sonra barışdılar
- Azərbaycan əsilli iş adamı müğənniyə 700 minlik ev aldı
Brejnev ov üçün daha çox, Zavidovo əyalətini seçmişdi. Buranın təbiəti ona o qədər əziz idi ki, dövlət işlərini belə buradan idarə etməkdən çəkinmirdi.
Bir sözlə, Zavidovo baş katib üçün təkcə istirahət məkanı deyil, həm də iş yeri idi.
O, mühüm siyasi məsələlərin müzakirə olunduğu Siyasi Büronun özünə yaxın olan üzvlərini bura dəvət edir, qərarlar qəbul edirdi. Artıq bu, adi hal almışdı, ən mühüm dövlət və partiya sənədləri məhz Zavidovoda hazırlanırdı.
Daha maraqlı fakt isə bu kompleksdə həm də xarici qonaqlarla işgüzar qəbulların təşkili, danışıqların aparılması idi.
Arxiv materiallarında qeyd edilir ki, Yuqoslaviya prezidenti İ.B.Tito, ABŞ dövlət katibi H.Kissincer də Zavidovoda Brejnevin qonağı olub.