Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərin sayı açıqlanıb

“Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə indiyədək məlumat vermir”Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bu barədə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, onlardan
3 171 nəfəri hərbçi,
719 nəfəri mülki şəxslərdir: “Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.
Məlumata görə, araşdırmalar təsdiq edir ki, Birinci Qarabağ müharibəsində
52 ailənin 2-dən 7-dək üzvü itkin düşüb:
“İtkin düşən şəxslərin ümumi sayından
872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.
Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir”.
Report
Tarix: 31-08-2021, 08:03