Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Gəncə şəhər Birləşmiş xəstəxanası ilə bağlı yarım milyonluq layihə

“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) və ehtiyyat hissələrinin alınmasına 521 713 AZN xərcləyəcək. Pravda.az-ın xəbərinə görə, qurum “Medsol” MMC ilə müqavilə bağlayıb.
Bu, “Yeni Klinika”, “Kliniki Tibbi Mərkəz” və “Gəncə şəhər Birləşmiş xəstəxanası” publik hüquqi şəxsləri əhatə edəcək.
Tarix: 26-02-2025, 11:34