Göyçayda xəstəni səhv əməliyyat etdilər

Göyçay rayonu Şəhadət kənd sakini Ələkbərov Vüsal Əlimuxtar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin Baş Prokurorluğa və aidiyyəti orqanlara ünvanladığını yazılı ərizəni olduğu kimi dərc edirik."Mən
, Ələkbərov Vüsal Əlimuxtar oğlu
, Göyçay rayonu Şəhadət kəndində yaşayıram. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılayırdım.
24 fevral 2025-ci il tarix
ində
, günün birinci yarısı həyətyanı torpaq sahəmizdə quraşdırdığım istixana (parnik) üçün elektrik mişarı (motopila) ilə odun doğrayırdım. Anidən idarəetməni itirdim, elektrik mişarı (motopila) sol ayağımın pəncəsini ağır yaraladı. Dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Təcili Yardım Bölməsinə (Acil bölmə) üz tutdum. İlkin tibbi yardım göstərildikdən sonra həkim-uşaq cərrahı Vüqar Davudov məni əməliyyat etdi.
Elə həmin gün evə gəldim, lakin şiddətli ağrılardan qıvrıla-qıvrıla qalmışdım. Növbəti gün yenidən xəstəxanaya getdim. Sarğı otağında idim, həkim-travmatoloq-ortoped Vüqar Bəkirov gəldi. Ona dəhşətli ağrılar hiss etdiyimi bildirdim. Sonra həkim-uşaq cərrahı Vüqar Davudov özü gəldi. O, hər şeyin qaydasında olduğunu dedi, ancaq mən həyatımda ilk dəfə idi belə şiddətli ağrılar yaşayırdım. Ağrıya-ağrıya evə qayıtdım.
Fevral ayının 26-sı həkim-cərrah-ortoped Ziyad Kərimov sol ayağımın pəncəsindəki sarğını açaraq məni yenidən əməliyyat etdi. Beləliklə
, şiddətli ağrılarım azaldı. Cəmi bir gecə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsində yatdım, sonra məni evə buraxdılar. Hazırda vəziyyətim əvvəlkinə nisbətən daha yaxşıdır.
Azərbaycan Respublikasının Baş Prokurorluğundan, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və aidiyyəti qurumlardan xahiş edirəm, həkim-uşaq cərrahı Vüqar Davudov barəsində qanunamüvafiq tədbirlər götürülsün. Az qala onun səhvi ücbatından ömürlük şikəst qalacaqdım. Həmçinin, son zamanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqşin İsayev haqqında yazılan əsassız tərifləri sərt tənqid edirəm. Sonda isə tövsiyəm budur ki, Aqşin İsayev, üzərimdə tibbi təcrübə aparan həkim-uşaq cərrahı Vüqar Davudov kimi şəxslərin xidməti fəaliyyətinə ciddi nəzarət etsin
”.
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Tarix: Bu gün, 16:59