Quru ərik sağlamlığa necə təsir edir?

Mütəxəssislər quru əriyin sağlamlıq üçün çox faydalı olduğunu bildirirlər. Yay aylarında təzə şəkildə istehlak edilən əriklər qış mövsümündə qurudularaq da rasiona daxil edilir. Vitamin və minerallarla zəngin olan bu meyvə xüsusilə pəhriz saxlayanların və sağlam qidalanmaya üstünlük verənlərin seçimlərindən biridir. Araşdırmalara görə, quru ərik A, B, C və K vitaminləri ilə yanaşı, kalium, dəmir, fosfor və maqnezium kimi minerallarla da zəngindir.
Mütəxəssislər qeyd edirlər ki, bu meyvə orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir, həmçinin bağırsaq fəaliyyətini tənzimləyərək həzmi asanlaşdırır.
Mütəxəssislərin bildirdiyinə görə, quru əriyin bir sıra faydaları var:
Arıqlamağa kömək edir – metabolizmanı sürətləndirərək bədənin enerji balansını qoruyur.
Bağırsaq fəaliyyətini tənzimləyir – liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.
Dəri və saç sağlamlığını qoruyur – antioksidant tərkibi sayəsində qocalma əlamətlərini azaldır.
Ürək-damar xəstəliklərinin riskini azaldır – yüksək kalium tərkibi qan təzyiqini tənzimləyir.
Qara və sarı quru əriklər arasında fərqlər nələrdir? Tədqiqatlar göstərir ki, qara və sarı quru əriklərin faydaları fərqlidir. Mütəxəssislər bildirirlər ki, qara quru ərik yüksək kalium tərkibinə görə ürək sağlamlığını qoruyur və immun sistemini gücləndirir. Sarı quru ərik isə A vitamini və beta-karotenlə zəngindir, bu da göz sağlamlığını dəstəkləyir və toxluq hissini artırır.
Mütəxəssislər əriyin gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər. Onların fikrincə, bu meyvə balanslı qidalanmada əvəzolunmaz rol oynayır və ümumi sağlamlığa müsbət təsir göstərir.
Pravda.az
Tarix: Bu gün, 13:17