ÜST dünya ölkələrinə çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komissiyası dünya ölkələrinə çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, qurum hər ölkənin azı 10% əhalisinin koronavirusa qarşı peyvənd olunmasını istəyib.
“2021-ci ilin sentyabrınadək bütün ölkələrin azı 10% əhalisi peyvənd olunmalıdır. Həssas qrupları qorumaq üçün virusun SARS CoV-2 növünə qarşı qlobal həmrəylik göstərilməlidir”, - deyə ÜST-ün tövsiyələrində bildirilir.
Tarix: 16-07-2021, 09:25