Azərbaycanda bu xəstəxanalar karantinə bağlandı
Azərbaycanda dörd mərkəzi rayon xəstəxanası koronavirusla (COVID-19) mübarizə məqsədi ilə bağlanıb. Siam.az-ın məlumata görə, hər dörd tibb mərkəzi COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.
Karantinə bağlanan xəstəxanalar bunlardır:
Masall rayon Mərkəzi Xəstəxanası
Cəlilabad rayon Mərkəzi Xəstəxanası
İmişli rayon Mərkəzi Xəstəxanası
Sabirabad rayon Mərkəzi Xəstəxanası
Artıq xəstəxanalarda bütün şöbələr COVID-19-la mübarizəyə qоşulub. Xəstəxalara cənub və aran bölgəsində COVID-19-a yoluxan vətəndaşlar müalicə üçün gətirilir.
Hər dörd xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub.
Qaynarinfo
Tarix: 4-09-2021, 23:01