Xolesterini aşağı salan qidanın adı açıqlandı – ARAŞDIRMA


Xolesterini aşağı salan qidanın adı açıqlandı – ARAŞDIRMA

Avokado qanda xolesterol səviyyəsini aşağı salmaq, maddələr mübadiləsini yaxşılaşdırmaq və bağırsaq funksiyasını normallaşdırmaq üçün lazım olan qida hesab edilir.
Cebhe.info xəbər verir ki, bu barədə Yaponiyanın "Nihon Keydzay" nəşri məlumat yayıb.
Amerikalı alimlərin apardığı araşdırmaya görə, gündəlik avokado yemək bağırsaqdakı bakteriyaların müxtəlifliyini yaxşılaşdırmaqla yanaşı, tərkibində çoxlu doymamış yağ turşularının olması səbəbindən qandakı pis xolesterinin səviyyəsini azaltmağa kömək edir.
Elm adamları araşdırmalarını bitirdikdən sonra belə nəticəyə gəliblər ki, hər gün avokado yeyənlərin bağırsaqlarında qida lifini fermentləşdirən və parçalayan daha çox bakteriya var və eyni zamanda iltihaba səbəb olan öd turşusu daha azdır.
Xatırladaq ki, bir müddət əvvəl rusiyalı dietoloq orqanizmə yoqurtun faydasından danışaraq bildirmişdi ki, bu qida orqanizmdə qida çatışmazlığını doldurmaq üçün olduqca faydalıdır:
"Yoqurtun tərkibi çox sayda vitamin və mikroelementlərlə zəngindir", - deyə o qeyd etmişdi.
Tarix: 9-10-2021, 15:33
Xəbəri paylaş





Xəbər lenti