ABŞ-da koronavirusun mümkün mənbəyi aşkar edildi - Yalnız 9 ildən sonra bu nümunələr...
Koronavirus adlı bəşəri bəlanın 2012-ci ildə bir Çin şaxtaçısının yoluxduğu infeksiyadan inkişaf edə bilməsi haqqında maraqlı araşdırmanın nəticələri bəlli olub. Moderator.az xəbər verir ki, bu barədə ABŞ alimlərinə istinadən "Telegraph" qəzeti məlumat verib.
İddiaya görə, 2012-ci ildə Uxan şəhərində şaxtaçılar arasında naməlum virus aşkar edilib ki, o da COVİD-19 pandemiyasının mümkün mənbəyi ola bilərdi.
Belə ki, 2020-ci ildə Uxan laboratoriyasından sızması nəticəsində insanları yoluxdurmağa başlayıb. Amerikanın Bioscience Resourse Projekt təşkilatının icraçı direktoru Conatan Latem bəyan edib ki, bir insanın bədənində viruslar çoxsaylı təkamül mərhələlərindən keçə bilər.
"Bizim nəzəriyyəmizə görə güman edilir ki, oxşar təkamül 2012-ci ildə şaxtaçılar arasında aşkar edilən müəmmalı xəstəlikdən sonra onların ağ ciyərlərində baş verib" - Latem bildirib.
Onun sözlərinə görə, o zaman naməlum virusun Sars-Cov-2-dək təkamülü altı ay müddətində baş verib, doqquz ildən sonra bu nümunələr laboratoriyadan kənara çıxıb.
Tarix: 10-10-2021, 09:02