ÜST-ün rəhbəri: “Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib"
“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib:
“Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”
Tarix: 16-06-2022, 15:09