Özəl klinikalara icbari sığorta ilə göndəriş DAYANDIRILDI
.jpeg)
Özəl klinikalara icbari tibbi sığorta ilə göndəriş dayandırılıb.
Siam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata əsasən, dekabrın 12-dən özəl klinikalara göndərişlərin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlasaq da, hələlik münasibət bildirilməyib.Qeyd edək ki, bir ildən çoxdur ki, Azərbaycanda icbari tibbi sığorta ilə dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalara da göndəriş verilirdi.
lent.az
Tarix: 27-12-2023, 22:17