“McDonalds”dakı qamburgerlər kimyəvi maddələrdən ibarət zəhər topudur - Həkimdən ÇAĞIRIŞ
"Uşaqlarınızı qamburger yeməyə apararkən bir daha düşünün..Ayda-ildə bir dəfə olsa belə..." Pravda.az xəbər verir ki, bunu tanınmış pediatr
Aytən İsmayılzadə bildirib.

Pediatr xatırladıb ki, illər öncə məşhur aşpaz Ceymi Oliver məhkəmədə “McDonalds”şirkətinə sübut etmişdi ki, sənin hamburgerində ət yoxdur, ət xəmiri var: "Bu ət xəmiri isə sadəcə kimyəvi maddələrdən ibarət zəhər topudur. Məhkəməni qazanmasına baxmayaraq ,yenə də bu zəhər kütləsi uşaqlı-böyüklü ,hamının mədəsinə düşməkdə davam edir. Gəlin, bir az ayıq olaq! Niyə xəstəliklər getdikcə artır və cavanlaşır?" sualının ətrafımıza diqqətlə baxsaq taparıq".
Qeyd: Tanınmış aşbaz Ceymi Oliver məhkəmədə sübut etmişdi ki, “McDonalds” restoranlarında hazırlanan qidalar ammonium hidroksidlə yuyulub yeməli vəziyyətə gətirilir. O məhkəmədə qeyd edib ki, əgər adıçəkilən restorandakı qidalar kimyəvi maddələrlə yuyulmasa onları heç itlərdə yemir.
Tarix: 19-06-2024, 22:41