Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib - FOTO

Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
İyulun 29-da Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və
Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
Azərbaycanda “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Talasemiyadan
əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-
mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və
təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri,
qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü
olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi
götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki,
qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən
insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan
ehtiyatını artırmaqdır.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi
surətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə”
proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan
vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin
müalicəsinə sərf olunur.
Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin
müalicəsində istifadə olunacaq.



Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

Tarix: 29-07-2024, 22:43
Xəbəri paylaş





Xəbər lenti