BÖYÜK SİYASƏTİN BÖYÜK FƏSADLARI... - Qəvami Sadıqbəyli yazır

BÖYÜK  SİYASƏTİN  BÖYÜK  FƏSADLARI... - Qəvami Sadıqbəyli yazır

3 il əvvəl, 24  fevral  2022-ci il  tarixində Rusiya  müstəqil Ukraynaya  qarşı təcavüzkar  müharibəyə başladı. Əslində Rusiyanın Ukraynaya qarşı  müharibəsi  2014-ci ildən başlamışdı. Lakin Moskva bunu inkar edir; müharibə aparanların guya  yerli  ukraynalıların  rejimə  qarşı  özünümüdafiə dəstələrinin  etirazı kimi  qələmə verirdi.
Rusiyanın bu siyasəti biz azərbaycanlılara çox yaxşı məlumdur. Rusiya Azərbaycana qarşı müharibəyə çoxdan - 1804-cü ildən Gəncəni işğal edəndən başlayıb. İmperialist rusiya siyasətçiləri 1828-ci ildən "Türkmənşay" müqaviləsindən sonra İran və Türkiyə  ərazisində  yaşayan  erməniləri Azərbaycanın münbüt  torpaqlarına: Naxçıvan, İrəvan və Qarabağ  bölğəsinə köçürdülər.
Bundan sonra ermənilər vasitəsiylə azərbaycanlılara qarşı divan tutmağa başladılar.Qarabağ ermənilərinin "özünümüdafiə" qüvvələrinin Azərbaycan türklərinə qarşı 1828-ci ildən başlayan təcavüzü 20  sentyabr 2023-cü ilə qədər davam etdi.
2020-ci  ildə siyasi mövqeyindən asılı olmayaraq [iqtidar, müxalifət, Milli Ordu, DİN, DTX,  KİV, QHT və  s.] birləşdi və 27  sentyabr 2020-ci ildə düşmənlərə qarşı Böyük Vətən savaşına qalxdı.
Bu  savaş  2023- ilin sentyabrın 20-də Azərbaycan  xalqının və  dövlətinin tam qələbəsi ilə  nəticələndi.
Lakin Rusiyanın şovinist, imperiapərəst  siyasətçiləri Azərbaycanın bu  möhtəşəm QƏLƏBƏSİNİ hələ də  həzm  edə  bilmirlər. Hər  fürsətdə  dövlətimizə  və  xalqımıza  qarşı  çirkin hərəkətlərini  davam etdirirlər.
25  dekabr 2024-il tarixində  Azərbaycan  dövlətinə  məxsus  mülki  təyyəramizi  vurdular. Onlarla  dinc insanımızı  öldürdülər. Baş  vermiş  hadisəyə  görə  üzr istəyib, zərərçəkən  insanlarımızın  ailələrinə təzminat  ödəmək  əvəzinə;  min  bir  bəhanə ilə  bizi  borclu  çıxartmağa  çalışırlar.
Belə  ki: 
- Kremlə  bağlı  erməni - rus    siyasətçilər  və  KİV-nin  nümayəndələri  azərbaycana  qarşı  qarayaxma  kompaniyası  aparırlar.
- Rəsmi  Moskva  miqrantlara  qarşı  "qanunlar" qəbul  edir ;  dinc  insanlarl, o  cümlədən  azərbaycsnlıları  təqib  edir, onların  həyatını  cəhənnəmə  çevirirlər.
İnsan haqlarını  kobud  surətdə  pozduğuna görə heç bir dövlət Rusiyaya qarşı ciddi addımlar atmır.
Əksinə, Donald  Tramp  kimi  siyasətini  ticari  maraqlar  üzərində  quran  ABŞ  prezidenti  Rusiyanın xeyrinə  olan  bəyanatlar verir:
1. Donald  Tramp  Ukraynanı borclu  çıxarır; 
2. Kanadaya, Qrelandiyaya  göz  dikməklə  əslində  Rusiyanın  başqa  dövlətlərə  qarşı  təcavüzünə  haqq qazandırır.
3. Belə  vəziyyətdə Ukraynanı  müdafiə  etmək  istəyən  Avropa  dövlətlərini çətin  duruma  salır.
4. Yaxın Şərqdə 70  min dinc  fələstinli  öldürülür. Qalanları  isə  öz  yurdlarından - Qəzzadan  zorla  köçürülmə  təhlükısi  ilə  üzləşir. 
Bütün  bu  reallıqlar  göstərir  ki , BÖYÜK  SİYASƏTİN  BÖYÜK  FƏSADLARI  QAÇILMAZDIR.
Hesab edirik ki, öz xalqını normal və dinc şəraitdə yaşatmaq istəyən dövlət rəhbərləri siyasi addım atmazdan əvvəl dəfələrlə  düşünməlidir :
- Ölkə  daxilində   dərin kök salmış Rusiya casus şəbəkəsini  ləğv etmək  üçün  davamlı tədbirlər  görməli; 
- Qərb ölkələrinə  və  Rusiyaya  etibar  etməməli;
- TDT və  dost  ölkələrlə  ələqələri  və  təmasları  gücləndirməli;
- Siyasi  mövqeyindən [iqtidar, müxalifət] asılı  olmayadaq, Ölkə  daxilində  və  xaricdə fəaliyyət  göstərən  soydaşlarımızı ortaq  məxrəcə  gətirməyə  çalışmalı;
- Yalnız  öz  xalqına  güvənməlidir.
Əlbəttə, ilk  baxışda  bunları söyləmək asandır. Real  həyat  daha  çətin, mürəkkəb  və  sürpizlərlə doludur.
Bünunla belə, dünyamızda qütbləşən ayrı-ayrı böyük güclərin savaşında dövlətimizi qorumaq istəyiriksə, təcili olaraq  xalqımızı qane edən islahatlara  getməliyik.
 
Tarix: 25-02-2025, 09:49
Xəbəri paylaş





Xəbər lenti