Zatulindən SON DƏQİQƏ Zəngəzur dəhlizi açıqlaması

 
“ABŞ-ın Türkiyədəki səfiri Tom Berrikin Ermənistanla Azərbaycan arasında nəqliyyat dəhlizinin 100 illik icarəyə götürülməsi və bu yolla danışıqlara təkan verilməsi təklifi sadəcə siyasi blef deyil, real plan ola bilər”.
Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib.
Zatulin qeyd edib ki, ABŞ səfirinin bəyanatının arxasında “hazırkı Azərbaycan və Ermənistan rəhbərliyinin bu variantla razılığı dayanır”.
“Düşünürəm ki, bu, tamamilə real perspektivdir. Hətta hesab edirəm ki, son vaxtlar Rusiya ilə Ermənistan və eləcə də Rusiya ilə Azərbaycan arasında münasibətlərdə baş verən gərginliklər məhz bununla əlaqədardır. Yəni Ermənistan və Azərbaycan tərəfi süni şəkildə gərginlik yaradaraq Zəngəzur dəhlizi məsələsində Moskvadan soruşmamağa çalışır. Məncə, ABŞ-ın Türkiyədəki səfiri sadəcə olaraq artıq razılaşdırılmış məsələləri dilə gətirib”, - deyə Zatulin yekunlaşdırıb.
Tarix: Bu gün, 11:43
Xəbəri paylaş





Xəbər lenti