Əli Həsənov dövləti necə idarə edirdi? - FAKT

Əli Həsənov dövləti necə idarə edirdi?
Ümumiyyətlə, vərdişimdir, tanışlarım da təsidqləyər... müraciət edəndə qarşıdakı erkək cinsindəndirsə, "qardaş" deyə müraciət edirəm. Bir dəfə yanlış bir ünvana da eyni şəkildə müraciət etmişdim. Əslində, etiraz edirdim.

Keçən ilin söhbətidir. Məni - 25 ildir jurnlistikada olan Məhəmməd Ərsoyu aldatdılar. Sonuncu dəfə 2003-cü ildə şəxsiyyət vəsiqəsi almışdım və vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə illər idi dolaşırdım.

Sonuncu dəfə jurnalistlərə mənzil paylayanda şəxsiyyət vəsiqəsi alası oldum. İnandırdılar ki, sənədlərini toparla, jurnalistlərin binasından ev alırsan.

Elə bir ümid verən yox idi. Sadəcə olaraq, haqqımı tələb edirdim, dedilər ki, sənəd ver, verməsələr danış...

Ona görə sənəd toplayanda şəxsiyyət vəsiqəmi də yenilədim. Yeni şəxsiyyət vəsiqəsi aldım.

Yenə də sarıdılar. Mən də etiraz etdim və Əli Həsənovun şəxsi nömrəsinə etirazımı çatdırdım. Müraciətimdə "qardaş" deyə xitab etmişdim.

Və hər şey bundan sonra başladı...

Hazırda da PA-da işləyən Vüqar müəllim mənə zəng vurdu və irad bildirdi ki, sən kimə "qardaş" deyə müraciət edirsən? Əslində ilk başdan yanıldığımın fərqində idim. Adama bu xitab düşmürdü, adam bu xitaba layiq deyildi.

Vüqar müəllim mənə dedi ki, bəs Əli Həsənov dövləti idrə edir, sən kimsən ki ona "qardaş" deyirsən...

Halbuki bu gün də görünür ki, mən yox, bu gün PA-da işləyən Vüqar müəllim və Əli Həsənov kimi idilər ki, canını bu millətə fəda etməyə hər zaman hazır olan bəndənizə irad tuturdular. Onlar üçün mənim "qardaş" xitabım əslində ŞƏRƏF İDİ...

Əli Həsənov bu gün oğru kimi üzə çıxır. Məlum olur ki, adamın özünün və yaxınlarının şirkətinin dövlətə vergi borcu var imiş... Halbuki dünənə qədər millətə dövlət dərsi keçirdi. Dünənə qədər millətə özünü DÖVLƏTİ İDARƏ EDƏNLƏRDƏN BİRİ kimi təqdim edirdi. Dövləti idarə edən DÖVLƏTDƏN OĞURLAYARMI?

Maləsəf, mən bu adama bir dəfə həyatımda "qardaş" deyə müraciət emişəm... Cavabımı da almışam.

Amma onun trolları, həqiqi qardaşları bu gün ortalıqda meydan sulayanda, yenə də bədgüman olmaya bilmirəm. Onlar Əli Həsənovu, Vüqar Səfərlini ittiham edirlər... Narahatam. Yenə də fikirləşirəm ki, yəni ortalıqda baş verənlər bu qədərmi qeyri-səmimidir?

İnanmıram!

İnanıram ki, hər şey səmimidir. Və Vüqar Səfərlidən başlayan cinayət işi Əli Həsənova və onun hələ də vəzifə başında olan dostlarına qədər gedib çıxacaq. Buna inanıram.

Əks halda, adamlar aləmi qatacaqlar... Çünki hələ də Əli Həsənovun dövləti idarə etdiyini düşünənlər, insanları buna inandıranlar var...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru
Tarix: 18-06-2020, 22:49




Xəbər lenti