Serj təklifinə Paşinyan gedişinin yaratdığı vəziyyət


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə razı olduğunu deyərək Sarkisyanla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb.
Paşinyanın bu açıqlaması müxtəlif başlıqla tirajlanmaqda davam edir və hətta bu “təklif” Paşinyanın öz təklifi kimi təqdim edilir. Seçki öncəsi Paşinyan komandası Serjin bu “təklifini” məharətcəsinə istifadə edərək “Qarabağ klanına” qarşı daha doğrusu, Rusiyanın namizədləri kimi tanınan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyananın özünə qarşı çevirə bilibilər. Üstəlik Paşinyanın oğlu Aşot da bu məsələdə hazır olduğunu bildirərək atası Paşinyana əlavə dividentlər gətirir. Sözü gedən “təklifin” Paşinyan rəqibləri tərəfdən Paşinyana hədiyə kimi qiymətləndirmək olar. Erməni cəmiyyəti Paşinyanın Serjin “təklifinə” razılaşması ilə Azərbaycanın həbs edərək zərərsizləşdirdiyi erməni terrorçularının taleyi ilə bağlı mövqeyini göstərməklə Paşinyan üçün bu terrorçuların məsələsinin bir nömrəli məsələ olduğu görünüşünü yaratmış oldu və təbii ki, bu görünüş ancaq və ancaq Paşinyanın lehinə işləyən vəziyyət yaradıb.
Əvvəllər qeyd etdiyim kimi, publik siyasətin ən azı üçdən çox sifəti var: birincisi daxili auditoriyaya hesablanmış açıqlama, qarşı tərəf üçün acılama və beynəlxalq ictimaiyyət üçün açıqlama. Təbii ki, Paşinyanın Serjin təklifinə razılaşması və bu məsələnin erməni cəmiyyətində gündəmdə saxlanması seçki qabağı daxili auditoriya üçün nəzərdə tutulub. Sözsüz ki, Serj Sarkisyan da Paşinyana belə “təklif” verəndə də daxili auditoriyadan öz xeyrinə nəticələrə hesab götürmüşdü ancaq, Paşinyanın Sarkisyanı onun öz “təklifi” ilə vurmaq imkanını görə bilməmişdi.
O ki, qaldı “təklif” məsələsinə və Paşinyanın bununla razılaşmasına təbii ki, bu ictimai rəyin manipulyasiyası üçün publik siyasi gedişdən başqa bir şey deyil və real siyasətdən kənardır. Sözsüz ki, belə bir təklifin realizasiyasına inan ağıllı bir insan tapmaq çətin məsələdir. Hər bir sivil dövlət və cəmiyyət Beynəlxalq hüquq normalarına və hüquq elminin fundamental prinsiplərinə əsasən hər kəs törətdiyi əmələ görə məhz şəxs özü məsuliyyət daşıyır və kiminsə başqasının əvəzinə məsuliyyətə və cinayət təqibinə cəlb edilməsi əsla yolverilməzdir və bu hal hüquq elminin ən prinsipial əsasına tam ziddiyyətlidir.
Odur ki, Azərbaycan dövlət sərhədini pozaraq faktiki terrorçuluq əmmələri törədən erməni hərbiçilərinin məsuliyyəti həmin əməllərə sahib şəxslərin məsuliyyətlidir və həmin məsuliyyət kimliyindən, mənsubiyyətindən asılı olmayaraq heç bir şəxs üzərinə ötürülə bilməz. Təbii ki, Paşinyan Serjin bu “təklifinə” razılaşaraq məsələni gündəmdə saxlaması ona seçki qabağı divident gətirən “təklifin” mümkünsüzlüyünə tam əminliyidir. Başqa bir məqamda odur ki, siyasi-diplomatik baxımdan belə bir “təklifə” Azərbaycanın razılaşmasının və hətta bu “təklifin” müzakirəsi belə mümkünsüzlüyüdür.
Hər bir halda bu “təklifin” səsləndirilməsi belə Azərbaycana qarşı müəyyən təsir vasitəsi kimi, erməni diversantları məsələsini beynəlxalq gündəmdə saxlamaq məqsədi daşıyır. Ancaq Azərbaycan hakimiyyəti də erməni “siyasi əxlaq və mədəniyyətini” nəzərə alaraq dünən Laçında əsir düşmüş erməni əsgərini geri qaytarmaqla Azərbaycanda saxlanan erməni əsgərlərinin “hərbi əsir” və “diversant-terrorçu” kateqoriyalarına uyğun davrandığını həm erməni ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Vüqar Dadaşov,
Siam.az
Tarix: 9-06-2021, 21:44




Xəbər lenti