Hafiz Hacıyevin partiyasının fəalı : “Hökümət də, Parlament də təcili istefaya getməlidir”


Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ
Teymur Alıyev: “Hökümət də, Parlament də təcili istefaya getməlidir”
 
Məmur özbaşınalığından daim yazılıb, ölkə Prezidenti dəfələrlə məmurlara xəbərdarlıq edib, bu gün görünən isə odur ki, hətta Prezidentin də tapşırıqlarına məhəl qoyulmur. Artıq millət vəkilləri də məmur saymazlığından hiddətlənərək, Milli Məclisdən onlara mesajlar verməyə başlayıblar.
 
Daha çox sosial şəbəkələrdə tənqid olunan məmurlar haqqında fikirlər səslənməkə yanaşı, özbaşınalıqlara etinasız yanaşan ictimai xadimlər də qınanılır. Qınayan şəxslərdən biri də Hafiz Hacıyevin partiyasının fəalı Teymur Alıyevdir.
 
O, şəxsi “facebook” hesabında səlahiyyətlərini yerinə yetirə bilməyən deputatları da, məmurları da şiddətli tənqid edib:
 
“Parlamentin bir deputatı qız oğurluğunda ittiham olunur, digəri oğurluğu müdafiə edir. Maliyyə naziri mədəniyyət nazirliyini çox vəsait yeməkdə ittiham edir, ancaq Mədəniyyət naziri güc strukturlarının cavab verməli olduğu məsələyə reaksiya verir. Bir sözlə, ala başına-kül başına işləyən patlamentin, hökümətin rəhbərlik etdiyi bir ölkədə yaşayırıq. Cənab Prezidentin fəaliyyətinə baxırsan, bir də çönüb bu ünsürlərə baxrsan, tamamilə zidd proseslərdir. Xalqın malını oğurlayanlar, dövlətin əmlakını talayanlar bu xalqa rəhbərlik edə bilməzlər! Belələri heç öz ailələrini idarə edə bilmir, o da qaldı rəhbərlik etdikləri qurumları idarə edələr”.
 
T.Alıyev bir gənc kimi Parlamentin tərkibindən də tam razı qalmadığını vurğulayıb. Bildirib ki, hansı deputat hansı komandadırsa, o komandanı da müdafiə edir, xalqın problemləri isə çözülməmiş qalır:
 
“Lap biabırçılıqdır. Bəsdirin xalqa, dövlətə bu qədər ləkə gətirdiniz. Sizlərin ucbatından xalqla Prezident arasında uçurum yaranıb artıq. Hökümət də, Parlament də təcili olaraq istefaya getməlidir. Xalqın seçdiyi insanlar xalqı qanunverici hakimiyyətdə təmsil etməlidir. Açıq-aşkar məhkəmə hakimiyyətindan narazılıqlar var. Çünki hamısı rüşvətin içində boğulur. Qanunlar ancaq kasıblar üçündürmü? Varlılar, məmular və onların harınlamış övladları istədiklərini edə bilər?! Bu özbaşınalıqlara son verilmədikcə, harınlamış məmurlar cəzasız qaldıqca, ölkədə narazılıqlar bitməyəcək”.(versus.az)

Tarix: 9-06-2021, 22:18




Xəbər lenti