Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin daha bir layihəsinə “stop” qoyuldu
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib. Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Ləğvetmənin səbəbi açıqlanmayıb.
Tenderin dəyəri 19 588 AZN olub.
Tarix: 13-02-2025, 10:10