Xırdalanda yollar bərbad vəziyyətdədir




Xırdalan şəhəri akademik Həsən Əliyev küçəsində yenidən acınacaqlı vəziyyət yaranıb.
XALQ.AZ xəbər verir ki, bir neçə ay əvvəl təmir edilən yolda son günlərdə yenidən dərin çalalar yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə, mümkünsüzdür.
Şikayətçilər bildirir ki, Həsən Əliyev küçəsi Xırdalandan Bakı-Sumqayıt yoluna çıxan 3 əsas yoldan biridir. Saray qəsəbəsi istiqamətində olan bu yol, həm də Xırdalandan Bakı Mühəndislik Universitetinə (BMU) gedən yeganə yoldur. Həmçinin bu yoldan çoxsaylı müntəzəm marşrut xətləri və hər gün minlərlə avtomobil istifadə edir.
Tarix: Bu gün, 13:55
Xəbəri paylaş





Xəbər lenti