ADY-də vəziyyət gərgindir… – Ekspert

ADY-də vəziyyət gərgindir…
5 il işləməyən Bakı – Balakən qatarının fəaliyyətinin bərpa edilməsindən sonda ADY-nin təklif etdiyi qiymətlər ağılasığmazdızır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, görünür Azərbaycan Dəmir Yollarında vəziyyət gərgindir:

“Bakı – Balakən qatarı, yalnız bir tərəfə biletin qiyməti :
SV – 96 manat
Kupe – 34 manatdır.

5 il işləməyən Bakı – Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdursa, indi təklif olunan qiyməytlər də bir o qədər ağılasığmazdızır !

Görünür ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50%-dən aşağı olurdu. Güman ki əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir.

İndi də görünür ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib.

Fikrimcə bu tip yanaşma sərgiləməkdənsə hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı”.
Tarix: 19-03-2025, 15:11
Xəbəri paylaş





Xəbər lenti