"Grand-Mart" barəsində tədbir görüldü
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, "Grand-Mart" MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib. Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
"Grand-Mart"da müştəriyə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.
Tarix: 4-04-2025, 22:07