AMB “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələndi


 Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini 700 manat cərimə edib.
 
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
 
AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də “Marja ticarəti Qaydası”nın 7.2-ci və “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 12.1-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə müvafiq olaraq 700 manat məbləğində cərimə edilib.
Tarix: 25-04-2025, 16:22
Xəbəri paylaş





Xəbər lenti