Abonentlərin “Azercell”in xidmətlərindən narazılığı və şikayəti durmadan artır. Tribunainfo.az xəbər verir ki, şikayətçi Səadət Məmmədovanın sözlərinə görə, aldığı internet paketi 6 dəqiqəyə bitib: “Səhər saat 08.56-da 1,5 GB internet paketi aldım, heç bir proqramı açmadım. Saat 9.02-də mesaj gəldi ki, internet paketi bitdi. 6 dəqiqəyə bu necə ola bilər, hörmətli “Azercell”?. Mesaj yazıram, cavablayan yoxdur. App-dən danışdığım chatbot isə ümumi avtomatik cavablar verir”. Xatırladaq ki, “Azercell”dən müştərilərin bu kimi şikayəti həddən artıq artıb. Abonentrlər 2 manat xidmət haqqı, zəif internet, aşağı səviyyəli xidmətdən narazılıq edirlər. Qarşı tərəfi dinləməyə hazırıq. Gülşən Rəsul