Nəsimi rayonunda obyekt xəlvət, işbaz bəy: “Əcəmi MALL”da qanunsuz tikintiyə kim icazə verib? – VİDEO




Nəsimi rayon ərazisizndə qanunsuz tikinti işləri aparılması ilə bağlı kütləvi xəbərlər yayılır.
Bu dəfə Alfa.TV Nəsimi rayon Hüseynbala Əliyev küçəsi 80 ünvanında “Əcəmi Mall” da qanunsuz artırma işləri ilə bağlı fakt aşkarlayıb. Qeyd edək ki, hələ 2024-cü ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfində bu qanunsuz tikinti dayandırılmışdı. İddiaya görə bir müddət ötəndən sonra rayon icra hakimiyyəti memarlıq şöbəsi müdirindən və müavindən “hə” alan “işbaz” yenidən qanunsuz tikintiyə başlayıb.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, tikinti işləri ilə bağlı rəsmi portalda qeydiyyat yoxdur. Elə bu da işlərin qanunsuz aparılmasını təsdir edir. Hətta Bakı şəhər icra hakimiyyətinin də mütləq mənada tikinti ilə bağlı icazəsi olmalıdır. Şəhərsalma, əmlak, tikintiyə nəzarət, FHN-də daxil olmaqla bir neçə qurumun rəsmi icazəsi olmasa tikinti aparmaq mümkün deyil.

facebook sharing button


Tarix: 8-07-2025, 16:20
Xəbəri paylaş





Xəbər lenti