“Veysəloğlu–Rossmann” əməkdaşları Almatıda keçirilən beynəlxalq təlimdə iştirak edib

L’Oréal Central Asia tərəfindən keçirilən Skincare & Makeup Masterclass adlı beynəlxalq təlim proqramında Veysəloğlu Şirkətlər Qrupuna aid “Veysəloğlu–Rossmann” komandasının əməkdaşları iştirak ediblər.
Təlimdə “Veysəloğlu–Rossmann”ı təlim üzrə mütəxəssis Fəridə Manaf və Satınalma üzrə aparıcı mütəxəssis Sevda Məmmədzadə təmsil ediblər. Onlar Rossmann əməkdaşları olaraq beynəlxalq platformada iştirak edib, sektorun aparıcı mütəxəssisləri ilə bilik və təcrübə mübadiləsi aparıblar.
Masterklass L’Oréal brendlərinin peşəkar vizajistləri tərəfindən təqdim olunaraq iştirakçılara makiyaj texnikaları, dəriyə qulluq metodları və müasir gözəllik trendləri üzrə praktik biliklər qazandırıb. Təlim həm əməkdaşların peşəkar inkişafını dəstəkləyib, həm də beynəlxalq təcrübə ilə tanış olmaq və tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün əhəmiyyətli platforma rolunu oynayıb.
“Veysəloğlu–Rossmann” komandasının bu tədbirdə iştirakı şirkətimizin əməkdaşların inkişafına verdiyi xüsusi önəmi, həmçinin qlobal standartlarla ayaqlaşmaq üçün bilik və bacarıqların davamlı şəkildə təkmilləşdirilməsinə göstərdiyi dəstəyi əks etdirir.
Veysəloğlu Şirkətlər Qrupu olaraq, regional və beynəlxalq təlim proqramlarında fəal iştirak etməyi, əməkdaşlarımızın inkişafına investisiya etməyi və tərəfdaşlıq əlaqələrimizi gücləndirməyi davam etdiririk.
Tarix: Bu gün, 14:58