Hər gün bir stəkan alma şirəsi içsəniz...
Dadlı və ətirli alma şirəsi çox faydalı, müalicəvi məhsuldur. Axşam.az xarici KİV-ə istinadən alma şirəsinin faydalarını təqdim edir:
- orqanizmi toksinlər, şlaklar, ağır metalların duzları, sərbəst radikallardan təmizləyir;
- orqanizmin tonusunu qaldırır ki, insan özünü daha gümrah hiss edir;
- damarları təmizləyir, möhkəmləndirir, daha elastik edir;
- ürəyi möhkəmləndirir;
- həzm proseslərini yaxşılaşdırır və sürətləndirir;
- arıqlamağa kömək edir;
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir;
- qanazlığı zamanı faydalıdır;
- sidik və ödqovucu təsirə malikdir;
- sinir sisteminə müsbət təsir edir, stressi azaldır;
- soyuqdəymənin profilaktik vasitəsidir.
Onu da qeyd edək ki, orqanik turşularla zəngin olan alma şirəsi qastrit və xora xəstəliyi zamanı ziyanlıdır.
Tarix: 3-01-2017, 22:10