Azərbaycanlı mühacirlər ölkəyə qayıtmaq istəyir - iki rəy

 

Hər bir ölkənin vətəndaşı üçün xaricdə yaşamaq, xüsusilə mühacir həyatı yaşamaq olduqca çətindir. Çünki insanların ön gözəl xatirələri, günləri, arzuları dünyaya göz açdıqları yerlərlə bağlıdır. Digər tərəfdən, öz doğmalarından, dost-tanışlarından ayrı düşməyin özü də əzablıdır.

Maraqlıdır, Azərbaycandan kənarda yaşayan mühacirlər də bu hissləri keçirib, öz ölkələrinə qayıtmağı düşünürlərmi?

İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli bu barədə fikirləri diqqət çəkir: “Azərbaycanı tərk etdiyim gündən geri dönmək haqqında düşünmüşəm. 16 ildir ki, İsveçrədə yaşayıram. Orada hər şey əladır. Ancaq İsveçrədə sıradan bir vətəndaşam. 5-3 kişi ilə salam-kalamım var. Bakıda isə xeyli dost-tanış, qohum-əqrəba, ən əsası isə xeyli oxucum var. 10 gün olar ki, paytaxtdayam. Demək olar ki, hər gün xeyir-şər məclisindəyəm. İsveçrədə belə şeylər nadir hallarda olur. Bəli, İsveçrədə hər şey var. Ancaq mənim sevdiyim, ehtiram göstərdiyim insanların əksəriyyəti Bakıda yaşayır. Bakının aurasında olan doğmalıq İsveçrədə yoxdur. İsveçrəyə olan sevgim də sonsuzdur. Bu ölkə həyatımın ən kritik dönəmində mənə və ailəmə sahib çıxıb, 6 yaşlı oğlum Atilla da İsveçrədə doğulub. Əkiz qız nəvələrim də İsveçrədə dünyaya göz açıb... Məmnuniyyətlə vətənə dönərdim.

İlgili resim

Elbəyi Həsənli: “Mühacirlərin geri dönməsi mümkündür”

Azərbaycanın gələcəyinə ümidlə baxıram. Xüsusən, cənab prezidentin son vaxtlarda atdığı addımlar ürəyimcədir. Mühacirlərin geri dönməsi mümkündür. Mən Azərbaycanda baş verən son proseslərin layihəsini cızan kəslərdən birini şəxsən tanıyıram. Görüşüb söhbətləşmişdik. Etiraf edim ki, onun o vaxtlar dediklərinə o qədər də inanmamışdım. İndi mənə deyir ki, o vaxt hiss edirdim ki, Azərbaycanın kökündən dəyişəcəyi ilə bağlı dediklərimə o qədər də inanmırsınız. Gözünüz qarşısında proses gedir və getdikcə vüsət alır. Deyim ki, bu layihə cənab prezidentin göstərişi ilə hazırlanmışdı. Həmin layihəni hazırlayan insanları isə Azərbaycanda çox az adam tanıyır. Arxa planda olan o insanlar nə vaxtsa önə çıxacaq və millət onları da tanıyacaq. Təbii ki, gözəl layihələr hazırlamaq olar. Ancaq layihənin reallaşması üçün siyasi iradə lazımdır. Bu gün Azərbaycanda bu siyasi iradə öz sözünü deyir və ölkəni müsbətə doğru dəyişir. Mən bu dəyişikliyi dəstəkləyirəm”.

İsveçdə yaşayan həmvətənimiz Kənan Hacıəkbəroğlu müharibə olarsa, olduğu ölkəni tərk edib Azərbaycana yollanacağını qeyd etdi: “Təbii ki, insan vətəni üçün çox darıxır. Bilirsiniz ki, mən Qarabağın Ağdam bölgəsindənəm. Ağdamı tərk etmək çox ağrıdıcıdır. Bir dəfə məcburi köçkün həyatı, ikinci dəfə buna bənzər həyat yaşamağın özü bir faciədir. Biz el-obamızdan birinci dəfə məcburi köçkün olduqsa, ikinci dəfə qohum-əqrəbadan, dost-tanışdan uzaq qaldıq. Bunların hamısı bir faciədir. Buna necə dözmək məsələsi, təbii ki, çox çətindir. Bunu ifadə etməyin necə çətin olduğunu mühacir həyatı, qərbçilikdə yaşayanlar bilir. Bir sözlə dəhşətdir. Qarabağda savaş başlayarsa, Azərbaycanın ərazi bütövlüyü üçün ilk könüllü əsgərlərindən biri olaraq mən Kənan Hacıəkbəroğlu yenə də ilk sıralarda yer alacam. Səmimi olaraq deyirəm ki, müharibə olarsa, onun iştirakçılardan ilk biri mən olacam. Həmin dəqiqə buranı tərk edib, ora gələsiyəm. 6 ildir buradayam. Qəribçilikdə yaşayanda hər şey təzədən başlayır. Nə qardaş, nə bacı, nə əmi, nə də dayı var. Ətrafında heç nə və heç kim olmur. Dost isə ya var, ya da yoxdur.

Kənan Hacıəkbəroğlu: ile ilgili görsel sonucu

Kənan Hacıəkbəroğlu: “İnsan vətəni üçün çox darıxır”

Olanlar da 1-2 nəfər olur. Şükürlər bu günə olsun ki, ətrafımızda dostlar çoxdur. Darıxdırıcı günlər artıq geridə qalıb. Azərbaycanda da belədir, əgər dostların, tanışların ətrafında varsa, demək həyat var. Hazırda ətrafımızda türk dostlarımız çoxdur. Mən ayırmadan Cənubi Azərbaycandan, Türkiyədən olanlara türk deyirəm. İsveçə inteqrasiya etmişik, bu baxımdan dostlar sırasında isveçlilər də var. İnsanların fərqli baxışlarının olması təbiidir. Ən çox vətənə dönmək istəyən qızımdır. Qızım Bakı ilə yaşayır. Oğlum da belədir. Mən burada bir restoran açmışam. Adı ”Ağ Ev Qarabağdır". Restorandakı yeməklərdən birinə “Qarabağ”, digərinə “Xarı bülbül” adı vermişəm. Gələnlər sifariş verəndə bu adları çəkirlər. Bunları eşidəndə ürəyim dağa dönür. Hansı hisslər keçirdiyimi ifadə etmək çox çətindir. Mən artıq isveçlinin evinə getmişəm, mətbəxində varam, pizzanın üzərində Qarabağ adı var. Bunlar çox önəmlidir. Vətən çox gözəldir. Bayramlarda daha maraqlı, istiqanlı görünür. Vətən deyəndə Qarabağ, Ağdam yadıma düşür. 2020-ci il Azərbaycan, türk xalqına düşərli olsun"./“Yeni Müsavat”/


Tarix: 14-12-2019, 08:52




Xəbər lenti